Modern.az

Əfsanəvi aktrisa haqqında serial çəkiləcək

Əfsanəvi aktrisa haqqında serial çəkiləcək

3 Oktyabr 2022, 13:08

“Troya” və digər məşhur filmlərdən tanınan alman əsilli amerikalı aktrisa Diana Kruger “Marlen” serialında əfsanəvi aktrisa Marlen Ditrix obrazını canlandıracaq.

 

Modern.az xəbər verir ki, ekran əsərini “Mənim anam Marlen” kitabı əsasında türkiyəli rejissor Fatih Akın çəkəcək.

 

Serial “Bombero International” və “UFA Fiction” şirkətləri tərəfindən hazırlanacaq. F.Akın həm də serialın ssenari müəllifi kimi çıxış edəcək.

 

Aktrisa Diana Kruger bundan əvvəl Akınla bir filmdə çalışıb. Filmdə aktrisa türk ərinin etnik nifrət zəminində öldürülməsinə görə qisas almaq istəyən qadını canlandırıb. Bu rola görə o, 2017-ci ildə Kann Film Festivalında mükafat alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir