Modern.az

Rəhim Rəhimlinin uşaqlıq ŞƏKİLLƏRİ

Rəhim Rəhimlinin uşaqlıq ŞƏKİLLƏRİ

3 Oktyabr 2022, 16:26

Sentyabrın 30-da qəfil ürəktutmasından vəfat edən 43 yaşlı müğənni-bəstəkar Rəhim Rəhimlinin ölümü mərhumu tanıyanların üzüntüsünə səbəb olub.

Modern.az-ın məlumatına görə, dost-tanışları sosial şəbəkələrdə Rəhim Rəhimli haqqında xatirələrini, fotolarını bölüşür.
 

Rəsmi məlumata görə, 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına R.Rəhimlinin halının qəfil pisləşməsi barədə çarığış daxil olub. Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər və ürək çatışmazlığından vəfat edib.


İfaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.

Mərhum sənətçi Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.


Modern.az maraqlı ola biləcəyini nəzərə alaraq, Rəhim Rəhimlinin uşaqlıq şəkillərini təqdim edir:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?