Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova Honq-Konqda olarkən vəfat edibmiş.
Modern.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov "Instagram"da bildirib.
Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. O 82 yaşında vəfat edib.