2021-ci ilin oktyabr ayında qurulduğu gündən bəri memarlıq, ədəbiyyat, incəsənət, musiqidən teatra qədər bir çox sahədə, hər yaşda sənətsevərlərə əhatəli tədbirlər təqdim edən “Beyoğlu Mədəniyyət Yolu Festivalı” İstanbulda eyni adla davam edir.
Müasir mədəniyyət və qədim ənənələrin bənzərsiz təqdimatı ilə məşhur olan İstanbul incəsənət, mədəniyyət və qastronomiyada əvəzsizdir.
Modern.az xəbər verir ki, 23 gün davam edən festival çərçivəsində Atatürk Kültür Mərkəzi (AKM) ən yaxşı tamaşalara ev sahibliyi edir. Festivalı Motsartın “Saraydan qız qaçırma” və Minkusun “Don Kixot”u, Çaykovskinin "Qu gölü" səhnələri bəzəyib.
Eyni zamanda, festival çərçivəsində müxtəlif sərgilər keçirilir. Stenli Kubrikin sərgisi Beyoğlu Mədəniyyət Festivalının bədii məqamıdır. İstanbul Kino Muzeyində keçirilən sərgidə müəllifin kolleksiyasından olan 700 əşya, fotoşəkil, video, müsahibə və məktublar, o cümlədən onun “Parlayan”, “Saat mexanizmi portağal”, “Full metal” filmlərindən dekorasiyalar, kostyumlar və əşyalar nümayiş etdirilir. Stenli Kubrikin sərgisi 2023-cü il martın 1-dək davam edəcək.
Festival çərçivəsində iştirakçılar İstanbulun gəzməli-görməli yerlərinə baş çəkiblər.