Modern.az

İsa Həbibbəyli AYB-nin qurultayında nədən danışdı

İsa Həbibbəyli AYB-nin qurultayında nədən danışdı

Mədəniyyət

26 Oktyabr 2022, 11:48

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçilmiş İsa Həbibbəyli Yazıçılar Birliyinin XIII qurultayında çıxış edib. 

 

Modern.az xəbər verir ki, akademik AYB-nin XIII qurultayının əlamətdar dövrə təsadüf etdiyini bildirib. 

 

"Bu qurultay son 30 il ərzində ölkəmizin ərazi bütövlüyü şəraitində keçirilən ilk qurultay kimi Azərbaycan ədəbiyyatının və müstəqil Azərbaycan dövlətinin tarixində özünəməxsus yer tutacaq. Prezident İlham Əliyevin "Dəmir Yumruğu" ilə qəhrəman Azərbaycan Ordusunun 30 illik işğaldan sonra Qarabağı azad etməsi çox böyük tarixi zəfərdir. Buna görə Prezident İlham Əliyevə yazıçılar kimi alimlər də, ziyalılarımız da dərin minnətdarlıqlarını bildirirlər", - deyə İsa Həbibbəyli vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər