Modern.az

Daha bir şəhərdə Puşkinin abidəsi söküldü - FOTOLAR

Daha bir şəhərdə Puşkinin abidəsi söküldü - FOTOLAR

11 Noyabr 2022, 13:06

Ukraynanın daha bir şəhərində rus ədəbiyyatının klassiki Aleksandr Puşkinin abidəsi sökülüb.


Modern.az xəbər verir ki, bu dəfə Jitomirin rəhbərliyi şəhərin mərkəzindəki abidənin sökülməsinə qərar verib.
 

"Noyabrın 11-də Jitomirin mərkəzində 19-cu əsrin sonlarında qoyulmuş rus şairi Aleksandr Puşkinin abidəsi götürülüb”, - məlumatda deyilir.

 

Qeyd edilib ki, abidənin götürülməsi zamanı qaldırıcı krandan istifadə olunub.

 

Bu il oktyabrın 12-də Puşkinin Kiyev şəhərin mərkəzində yerləşən büstü sökülmüşdü. Bununla yanaşı, Xarkov şəhərində də oxşar addım atılıb və dahi rus şairinin oradakı abidəsi götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi