Modern.az

Türkiyə əleyhinə filmin yayımına icazə verilməyib - Nazirlikdən təkzib

Türkiyə əleyhinə filmin yayımına icazə verilməyib - Nazirlikdən təkzib

Mədəni̇yyət

30 Noyabr 2022, 15:30

"Odda - İki bacı" filminə Mədəniyyə Nazirliyi tərəfindən yayım vəsiqəsi verilməyib.

 

Bunu Modern.az-a açıqlamasında nazirliyin mətbuat katibi vəzifəsini icra edən Nuridə Allahyarova bildirib.

 

N.Allahyarova qeyd edib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb:

 

"Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. Bununla belə, Nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir".

 

"Mövcud qanunvericiliyə əsasən ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur", - qurum rəsmisi əlavə edib.

 

Qeyd edək ki, “Odda-İki bacı” filmini Azərbaycan kinoteatrları yayımlamaqdan imtina edib. Filmdə Almaniya bundesverinin hərbçisi olan Rojda Xani İraqda kürd hərbçilərə İŞİD-ə qarşı döyüşmək üçün təlim keçir. Amma kimsə bilmir ki, o, əslində itkin bacısı Bərivanı axtarır. Həmçinin film süjet xəttində Türkiyə hərbçiləri qəddar, qaniçən, məkrli "potensial düşmən" kimi göstərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır