Modern.az

“Odda - İki bacı” filmi Bakıda nümayiş olunmayacaq

“Odda - İki bacı” filmi Bakıda nümayiş olunmayacaq

Mədəniyyət

30 Noyabr 2022, 16:27

Bakıda anti-Türkiyə filmi olan “Odda - İki bacı”nın nümayişi olmayacaq.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Avropa Film Festivalı çərçivəsində “Odda - İki bacı” filminin dekabrın 5-nə planlaşdırılan nümayişi ləğv edilib.

 

Xatırladaq ki, daha əvvəl Bakıda fəaliyyət göstərən kinoteatrlar Almaniya və Yunanıstan istehsalı olan bu filmin nümayişindən imtina ediblər. Buna səbəb filmin məzmununun ölkəmizdə narazılıq yaratmasıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu