Modern.az

Bakıda Türkiyə əleyhinə filmə etiraz edildi - VİDEO

Bakıda Türkiyə əleyhinə filmə etiraz edildi - VİDEO

Mədəni̇yyət

30 Noyabr 2022, 19:49

Bakıda Almaniya və Yunanıstan istehsalı olan, Türkiyə əleyhinə çəkilmiş “Odda - İki bacı” ("Sisters apart") filminə qarşı etiraz aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, "Landmark"ın qarşısında toplaşan bir qrup şəxs Türkiyəyə dəstək nümayiş etdirib, "Terrora son!", "Yaşasın Azərbaycan, Türkiyə!" şüarlarını səsləndiriblər.

 

Xatırladaq ki, "Odda - İki bacı" filmi Türkiyəyə qarşı çəkilib. Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən Bakı kinoteatrları filmin nümayişindən birmənalı şəkildə imtina ediblər. Buna baxmayaraq, Almaniyanın Bakıdakı səfirliyi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə "Landmark"da nümayiş etdimək niyyətini göstərib. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb.

 

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, Avropa Film Festivalı çərçivəsində “Odda - İki bacı” filminin dekabrın 5-nə planlaşdırılan nümayişi ləğv edilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir