Modern.az

Azərbaycanlı nazirdən UNESCO-ya ÇAĞIRIŞ 

Azərbaycanlı nazirdən UNESCO-ya ÇAĞIRIŞ 

Mədəni̇yyət

8 Dekabr 2022, 09:42

Torpaqlarımız azad ediləndən sonra Azərbaycan UNESCO-ya dəfələrlə müraciət edib.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair YUNESKO Konvensiyalarının Rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

 

Nazir bildirib ki, bütün bu müraciətlərə baxmayaraq, UNESCO missiyasını yerinə yetirməyib, öz öhdəliyini icra etməyib:

 

"Bu təşkilatın siyasi motivlər üzərində texniki missiyanı həyata keçirməməsi onun nüfuzuna böyük bir xələl gətirib. Konfransdan istifadə edərək UNESCO-ya çağırış edirik və öz mandatını yerinə yetirməyə səsləyirik", - A.Kərimov deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı