Modern.az

Peşəkar aktyorun yaş məhdudiyyəti yoxdur – “Azərbaycanfilm”in direktoru

Peşəkar aktyorun yaş məhdudiyyəti yoxdur – “Azərbaycanfilm”in direktoru

Mədəni̇yyət

9 Dekabr 2022, 14:08

Azərbaycan teatrlarının bir sıra aktyorları yaşlı olduqları üçün vəzifələrindən uzaqlaşdırılıblar. Mədəniyyət Nazirliyi isə məsələyə belə aydınlıq gətirib:

"İstənilən teatrın səhnəsində belə qocaman sənətkarlarımızın ifasında müxtəlif tamaşalara baxmaq mümkündür. Ancaq bir gerçəkliyi də unutmaq olmaz ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini hər il onlarla tələbə aktyor, rejissor, teatrşünas bitirir. Ölkədə isə cəmi 25 dövlət teatrı fəaliyyət göstərir. Bu məzunların teatrlarda işlə təmin olunması ciddi problemə çevrilir. Məlum olduğu kimi, teatr elə bir sənət növüdür ki, daim yeni nəfəsə, yeni istedadlara ehtiyac duyur. Teatrların ştatları isə məhdud saydadır və stabildir".

 

Mövzu ilə bağlı Modern.az-a danışan tanınmış rejissor Fariz Əhmədov bildirib ki, peşəkar aktyorun yaş məhdudiyyəti yoxdur:
 

"Bəli, nəsildəyişilməsinə ehtiyac var. Ancaq peşəkar aktyorun yaş məhdudiyyəti yoxdur. Aktyor 65 yaşında, 70 yaşında, 80 yaşında da aktyordur. İncəsənət sahəsi digər sahələr kimi deyil. Yəni incəsənət əməkdaşının 65 yaşı tamam olan kimi "çox sağol" deyib uzaqlaşdırılması düzgün addım deyil. Bu şəkildə olmur. Yəni bu polis və ya hərbçi deyil ki, desinlər "əli yaxşı silah tutmur, gözü yaxşı görmür". Əgər aktyor normal fiziki durumdadırsa, mətni əzbərləyə bilirsə, niyə də səhnədə yer almamalıdır?".

 

Onun sözlərinə görə, hər bir teatr ştat cədvəlini hazırlayanda aktyor ansamblına fikir verməlidir:


"Hər bir teatrın müvafiq bir ştat cədvəli var. 60 nəfərlik ştatda 30 nəfər yaşlı adamdırsa, gənc yaşda aktyor yoxdursa, bu da düzgün deyil. Teatrda həm yaşlı, həm gənc, həm də ortayaşlı aktyora ehtiyac var. Ştat cədvəli tutulanda bunların hamısı, nəzərə alınmalıdır. Ştat cədvəlində aktyorların neçə faizinin yaşlı, neçə faizinin gənc olmasına fikir vermək lazımdır. Səhnəyə 70 yaşında adam lazımdırsa, 40 yaşında adam çıxmayacaq ki? Yaxud da Məcnunu 80 yaşında adam çıxıb ifa edəsi deyil". 


F.Əhmədov vurğulayıb ki, Avropanın bir çox ölkələrinin teatrlarında, ümumiyyətlə, ştat anlayışı yoxdur:


"Avropa teatrlarında 60-100 aktyor ştatda olmur. Onlar səhnəyə uyğun gələndə, rollarını ifa edir, qonararlarını alır və çıxıb gedirlər. Bizim teatrlardakı ştat sistemi sovetdənqalmadır. Beləliklə, bu sistemin özündə köklü islahatlara ehtiyac var".

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü