Modern.az

Məşhur müğənninin oğlu ölü tapıldı

Məşhur müğənninin oğlu ölü tapıldı

10 Dekabr 2022, 09:33

Məşhur amerikalı müğənni Tina Turnerin oğlu, 62 yaşlı Ronald San Fernandodakı evində ölü tapılıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, həyat yoldaşı Afida onun ölümünü TMZ həblərinə bağlayıb.


Qonşular polis çağıraraq kömək etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Hadisə yerinə gələn təcili yardım müğənninin oğlunun öldüyünü müəyyən edib.


Son illərdə Ronald xərçəngin ağır formasından xəstə idi, bununla belə onun ölümünün dəqiq səbəbi hələ müəyyən edilməyib.


83 yaşlı müğənni Tina Turnerin pərəstişkarları son illər onu pis hadisələrin təqib etdiyini bildiriblər. Dörd il əvvəl ulduzun böyük oğlu Kreyq intihar etmişdi - onun 59 yaşı var idi.


Xatırladaq ki, Tina Turner Kreyqi 18 yaşında dünyaya gətirib - o, saksofonçu Raymond Hilldən hamilə qalıb. Böyük oğlu daşınmaz əmlakla məşğul olub və uğurlu iş adamı olub. Ronni 1960-cı ildə anadan olub, atası musiqiçi İkedir. Tina 1967-ci ildə onu tərk etdi, İke daha sonra narkotikə aludə olub və 2007-ci ildə həddindən artıq dozadan ölüb.

Müğənninin övladlığa götürdüyü iki oğlu da var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər