Modern.az

Eldar Qasımov Avroviziyaya QAYIDIR

Eldar Qasımov Avroviziyaya QAYIDIR

Mədəniyyət

11 Dekabr 2022, 10:27

“Avroviziya-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov “Avroviziya-2023”də Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olacaq.

 

Modern.az xəbər verir ki, bununla bağlı müğənni özü sosial şəbəkə hesabında açıqlama verib.

 

“Həyatımı 2663637461 dərəcə dəyişdirən 2011-ci ildən bəri məni “Avroviziya” ilə bağlayan çox şey oldu. Özəlliklə, xoş xatirələr və emosiyalar. İndi isə vaxt və dəvət gəldi. Bu dəfə peşəkar mənada yenidən ora qayıdıram – İctimai TV-nin “Avroviziya-2023”də Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq təklifini qəbul etdim. Düzünü desəm, ağlımdan və könlümdən çox şey keçir, amma ən çox yenidən ürəyimi bu işə vermək istəyirəm”, - müğənni yazıb.

 

Qeyd edək ki, Eldar Qasımov “Avroviziya 2011”də Nigar Camal ilə birlikdə ifa etdikləri “Running Scared” adlı mahnı ilə müsabiqənin qalibi olub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI