Modern.az

Teatr direktorunun müqaviləsinə xitam verilib

Teatr direktorunun müqaviləsinə xitam verilib

11 Yanvar 2023, 17:26

Qax Kukla Teatrının direktoru Seymur Vəliyevin (Seymur Elsevər) əmək müqaviləsinə xitam verilib.

 

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

 

Məlumata görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müqavilə müddətinin qurtarması ilə əlaqədar Qax Dövlət Kukla Teatrının direktoru Seymur Namazəli oğlu Vəliyevin əmək müqaviləsinə 15.12.2022-ci il tarixindən xitam verilib.

 

Qeyd edək ki, Seymur Elsevər ötən ilin iyun ayında Qax Kukla Teatrının direktoru təyin olunmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı