Modern.az

Serkan Kaya və Berkay Bakıda konsert verəcək

Serkan Kaya və Berkay Bakıda konsert verəcək

Mədəni̇yyət

17 Yanvar 2023, 14:44

Türkiyəli məşhur sənətçi Serkan Kaya Bakıda konsert proqramı ilə çıxış edəcək.

 

Modern.az xəbər verir ki, konsert 28 yanvar tarixində "Fairmont Baku" otelində keçiriləcək.

 

"Arabesk musiqisinin uğurlu adlarından Serkan Kaya möhtəşəm orkestri ilə azərbaycanlı sevənlərinə musiqi dolu anlar yaşadacaq. Konsert proqramında gecəyə özəl hazırlanan yemək menyusu da olacaq. Azərbaycanın gənc və uğurlu sənətçilərindən olan Erkin Nozari də konsertqabağı səhnə alacaq", - anonsda qeyd olunub.

 

Möhtəşəm gecənin rezervasiyaları və detalları ilə bağlı +994 99 333 83 68 nömrəsi ilə əlaqə saxlaya, həmçinin www.eventoffice.info saytından məlumat ala bilərsiniz.

 

18 fevralda isə "Event Office"in təşkilatçılığı ilə türk müğənnisi Berkay Bakıda konsert verəcək. Konsertin biletlərini iticket.az səhifəsindən əldə etmək mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?