Modern.az

Rəşid Behbudovun bu şəkli hərraca çıxarıldı - Ailəsi ETİRAZ ETDİ

Rəşid Behbudovun bu şəkli hərraca çıxarıldı - Ailəsi ETİRAZ ETDİ

18 Yanvar 2023, 09:48

Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun qiymətli arxiv fotosu ailəsindən xəbərsiz qapalı onlayn hərracda satışa  çıxarılıb.

Modern.az-ın xəbərinə görə, bu barədə məlumatı Rəşid Behbudovun kürəkəni Kamil Şahverdi verib.
O bildirib ki, şəkli hərraca çıxaranlar Rəşid Behbudovun yeganə varisi olan qızı Rəşidə xanımdan icazə almalıydılar, lakin buna ehtiyac görməyiblər.

“Hərrac/Аукцион/Auktion (Teymur Huseynov) bağlı qrupunda Rəşid Behbudovun şəklini hərraca çıxarıb satırlar.

Heç olmasa Rəşid Behbudovun yeganə varisi olan qızı Rəşidə xanımdan icazə almaq olardı. Bu əxlaqsızlığa nə ad vermək olar? Biz hara gedirik?”, - Kamil Şahverdi vurğulayıb.

Hərracda bu fotoya ilkin qiymət olaraq 150 manat qiymət qoyulub.

Fotoda Rəşid Behbudovla yanaşı, Milli Məclisin sabiq sədri Murtuz Ələsgərov əks olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub