Modern.az

Azərbaycanda vəhdət namazı qılınıb

Azərbaycanda vəhdət namazı qılınıb

19 Yanvar 2023, 13:00

Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonunda fəaliyyət göstərən din xadimləri və dini icma sədrlərinin iştirakı ilə Zərdab şəhər "Cümə" məscidində vəhdət namazı qılınıb.

 

Bu barədə Modern.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.

 

Bununla bağlı keçirilən tədbirdə Vətən müharibəsində şəhid olanların xatirəsinə ucadılmış abidə ziyarət olunub.

 

O cümlədən, şəhidlərimizin, o cümlədən 20 Yanvar qurbanlarının xatirəsi yad edilib və ruhlarına dualar oxunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir