Modern.az

40 milyon azərbaycanlı fars rejiminin əlində əsirdir - Şeyx

40 milyon azərbaycanlı fars rejiminin əlində əsirdir - Şeyx

Mədəni̇yyət

30 Yanvar 2023, 16:08

"Biz hamımız Tehranda Azərbaycan səfirliyində baş vermiş hadisəni qınayırıq. Azərbaycanda olan bütün dinlərin nümayəndələri gəlib burada başsağlığı verdi".

 

Modern.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun yas mərasimində jurnalistlərə açıqlamasında deyib.

 

QMİ sədri bildirib ki, Azərbaycanda tolerantlıq mövcuddur: “Təəssüflənirəm ki, Azərbaycana qonşu olan bir dövlətin Azərbaycana qarşı apardığı ədavətli hökmlərin nəticəsidir ki, bu gün akopyanları müqəddəs yerlərə gətirib gəzdirirlər, “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı çizgimizdir” deyirlər, tankları gətirib sərhədə düzürlər.

 

Mən burada İran xalqı deməzdim, çünki orda 40 milyona yaxın azərbaycanlı yaşayır, onlar bizim qardaşlarımızdır. Amma bu gün onlar İran rejminin, fars rejminin əlində əsirdirlər. Mən inanıram ki, gələcəkdə həqiqət öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq, hansı ki, bizi qardaş hesab edirdi. Biz indi bilirik ki, İran bizim qardaşımız deyil, onlar Ermənistanın qardaşıdır”, - deyə A.Paşazadə əlavə edib.

 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!