Modern.az

Məscidlərə qadınlar da təyinat alacaq - RƏSMİ

Məscidlərə qadınlar da təyinat alacaq - RƏSMİ

Mədəni̇yyət

30 Yanvar 2023, 17:46

"Azərbaycanda məscidlərə ibadətlər üçün qadınlar da gəlir, böyük məscidlərdə qadınların ibadəti üçün ayrıca yer var. Ona görə də əsas məscidlərdə dini ayinlərin icraçısı vəzifəsinə qadınların təyinat alması tədricən həyata keçiriləcək. Dini komitə tərəfindən elan edilən müsabiqədə qadınlara da yer verilib".

 

Modern.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

 

Komitə sədri bildirib ki, həmin qadınlar ya İlahiyyat İnstitutunun, ya Bakı İslam Universitetinin və ya dini kolleclərin məzunları olmalıdır.

 

“Qanunun tələbi odur ki, məsciddə dini ayinlərin icrasını həyata keçirən şəxs mütləq dini təhsili olan Azərbaycan vətəndaşı olmalıdır. Qadınların məscidlərə təyinat alması burada imam vəzifəsi yerinə yetirmək üçün deyil, məsciddə imamın tövsiyəsi ilə hər hansı dini məclisə qatıla biləcək, qadınların qatıldığı dini məclisləri idarə edəcək”, - deyə M.Qurbanlı vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər