Modern.az

“Avroviziya 2023”ün loqo və şüarı təqdim olundu - VİDEO

“Avroviziya 2023”ün loqo və şüarı təqdim olundu - VİDEO

31 Yanvar 2023, 14:32

Bu il Britaniyanın Liverpul şəhərində keçiriləcək Avroviziya mahnı müsabiqəsinin loqo və şüarı açıqlanıb.

 

Modern.az xəbər verir ki, müsabiqənin loqosu ürəklərin birlikdə döyünməsini əks etdirir. "United by Music" müsabiqənin rəsmi şüarı olaraq seçilib.

 

Qeyd edək ki, ötən il müsabiqədə Ukrayna qələbə qazansa da, müharibə səbəbindən yarışın Britaniyada keçirilməsinə qərar verilib. Hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda ilham mənbəyi kimi istifadə edilib.

 

Xatırladaq ki, mayın 9-u və 11-də Avroviziya mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir