Modern.az

Azərbaycan “Avroviziya”da bu tarixdə çıxış edəcək

Azərbaycan “Avroviziya”da bu tarixdə çıxış edəcək

1 Fevral 2023, 08:40

"Avroviziya 2023" mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, püşkatma “Eurovision YouTube” kanalında, “BBC TWO” və BBC yayım xidməti “iPlayer”də yayımlanıb.

 

Nəticələrə əsasən, Azərbaycanda mayın 9-da birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

 

Azərbaycan birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə ilə yarışacaq.

 

Müsabiqənin ikinci finalı mayın 11-də, finalı isə mayın 13-də keçiriləcək.

 

Qeyd edək ki, müsabiqəni ötən il Ukrayna qazansa da, müharibə səbəbindən yarışın Britaniyada keçirilməsinə qərar verilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər