Modern.az

Azərbaycanda Kiçik çillə başlayıb

Azərbaycanda Kiçik çillə başlayıb

1 Fevral 2023, 10:52

Bu gündən Azərbaycanda qışın daha soyuq hesb edilən dövrü - Kiçik çillə başlayıb.

Modern.az saytı xəbər verir ki, Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır. 

Bu təqvimlə dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, fevralın 1-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.

Adətən Böyük çillədən fərqli olaraq, Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.

Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.

Azərbaycanın bəzi bölgələrində Böyük çillədən Kiçik çilləyə keçəndə müəyyən mərasimlər təşkil olunur.

Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı keçirilir, qovurğa qovrulur, hədik və digər yeməklər bişirilir. "Çillə" sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir. Kiçik çillə xalq arasında Böyük çillədən fərqli olaraq çətin dönəm kimi anlaşılır. 

Qeyd edək ki, Azərbaycana bu il yaz fəsli martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-də daxil olacaq.

Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

Bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 21-i, axırıncı – Torpaq çərşənbəsi isə martın 14-nə təsadüf edəcək.

Fevralın 21-də Su çərşənbəsi, fevralın 28-də Od, martın 7-də Yel, martın 14-də isə Torpaq çərşənbəsi qeyd olunacaq. 

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü