Modern.az

Beynəlxalq səyyahlar Laçın yolundakı aksiyanı müşahidə ediblər - YENİLƏNİB

Beynəlxalq səyyahlar Laçın yolundakı aksiyanı müşahidə ediblər - YENİLƏNİB

Mədəni̇yyət

4 Fevral 2023, 12:46

Azad olunmuş ərazilərimizə gələn beynəlxaq səyahətçilər qrupu bu gün azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyasını müşahidə ediblər.

Modern.az xəbər verir ki, onlara aksiyanın Qarabağ iqtisadi rayonunda təbii resursların qanunsuz istismarının dayandırılmasına qarşı keçirildiyi bildirilib.

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupu daha sonra Şuşa şəhərinə gediblər.

***

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupu Azıx mağarasına baş çəkdikdən sonra Şuşaya yollanıb.

Modern.az xəbər verir ki, 30 nəfərlik heyətə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan səyahətçilər daxildir.

***

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən beynəlxalq səyyahlar qrupu bu gün səhər Xocavənd rayonu ərazisindəki qədim Azıx mağarasına baş məkiblər.


Modern.az xəbər verir ki, onlar Azıx mağarasının tarixi və coğrafi mövqeyi barədə ətraflı məlumatlandırılıblar.


Qeyd edək ki, 30 nəfərlik heyətə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan səyahətçilər daxildir.

Onlar üç gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü