Modern.az

Heydər Əliyevin 100 illiyinə həsr olunan festival keçirilir

Heydər Əliyevin 100 illiyinə həsr olunan festival keçirilir

5 Fevral 2023, 14:06

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-8 fevral tarixlərində keçirilən IX "Gəncliyin səsi" festivalı rəngarəng konsert proqramları, tamaşa nümayişləri ilə davam edir.

 

Modern.az xəbər verir ki, fevralın 4-də ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan möhtəşəm konsert keçirilib. Heydər Əliyev Sarayında gerçəkləşən konsert proqramında gənclər tərəfindən Ulu öndərin sevdiyi əsərlər ifa olunub, mahnılar səsləndirilib.

 

Konsertdə həmçinin ümummilli lider Heydər Əliyevin gənclərə müraciəti ilə bağlı videokadrlar nümayiş etdirilib. Musiqi axşamında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, "Avanqard" Kamera Orkestri və "DanceAbility" Azərbaycan" inklüziv rəqs şirkətinin heyətləri, eləcə də "Aynabənd" rok qrupu və Nicat Aslanovun caz kvarteti çıxış ediblər.

 

Gənc müğənnilər Nigar Cəlilova, Emin Zeynallı, Zəminə Rəhimova, xanəndələr Yusif Sadıxov, Rəvan Qaçayev, Sevinc Abdinova, Yaqut Xəlilzadə, aşıqlar Qəlbinur İbrahimli, Röya Mürsəlova, instrumental ifaçılar Məqsəd Əzizov, Mais Muradov (balaban), İsmayıl Zülfüqarov, Fərid Atazadə (tarzən), Fərrux Haşımlı (kamança) və başqaları rəngarəng çıxışlarla tamaşaçıların rəğbətini qazanıblar.

 

Gecədə Fərəc Qarayevin "Qobustan kölgələri" baletindən fraqment, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından Leyli və Məcnunun dueti ("Ah eylədiyim"), Qara Qarayevin "Yeddi gözəl" baletindən "Vals", Arif Məlikovun "Sehrli xalat" filminə yazdığı musiqidən fraqment, Azər Dadaşovun "Yuxu" filminə bəstələdiyi musiqidən parça, Rauf Hacıyevin "Ordan-burdan" operettasından fraqment və digər əsərlər təqdim edilib.

 

Musiqi axşamı tamaşaçıların alqışları ilə qarşılanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir