Modern.az

Şəfalı əllər və mərhəmətli ürək - vətəndaş məmnunluğu yaradan ən sadə düstur...

Şəfalı əllər və mərhəmətli ürək - vətəndaş məmnunluğu yaradan ən sadə düstur...

Mədəni̇yyət

18 Fevral 2023, 10:32

Ölkəmizdə vətəndaş məmnunluğunu yaradan  bütün amillər, o cümlədən xalqa  xidmətin təkmilləşməsi, keyfiyyəti və insanların rahatlığının təmin olunması  daim diqqət mərkəzindədir. Bu məsələdə  həkimlərimizin də üzərinə  böyük vəzifələr və məsuliyyət düşür. 

    
Belə bir deyim var, həkimin xəstəyə xoş münasibəti uğurlu müalicənin başlanğıcıdır. Bu baxımdan həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır.  Əsl həkim hərtərəfli hazırlıqlı, yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olmalıdır. Məhz belə olduğu halda vətəndaş məmnunluğu yarana bilər.

    
Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə dayanan, onların qayğısına qalan həkimlər el-obada həmişə xətir-hörmət sahibi olublar. Daxili işlər orqanları əməkdaşları və təqaüdçülərindən haqqında həmişə xoş sözlər eşitdiyimiz DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının şöbə rəisi, tibb xidməti polkovnik-leytenantı Zərəngül Hidayətova da məhz bu keyfiyyətlərə malik tibb işçilərindəndir. Səhiyyə işçisinə məxsus bütün müsbət keyfiyyətləri Zərəngül  xanım öz simasında ehtiva etməyi bacarıb. O, təkcə tibbi bilikləri ilə deyil, həm də xoş davranışı ilə daim pasiyentlərinin ümidlərini artırıb,  xoş bir sözlə könülləri ovudaraq insanlara şəfa verib.

    
Zərəngül  xanım ötən illəri heç də boşuna yaşamayıb, özünü yaxşı həkim, əsl insan kimi tanıdıb. Davranışı, dürüstlüyü, insanpərvərliyi, qayğıkeşliyi ilə böyük hörmət qazanıb. Pasiyentlərə psixoloji məqamlarda dəstəyi və mərhəmət dolu mehriban münasibəti ilə sevilən tibb işçisi kimi öz üzərində daim çalışan, biliyini, savadını artırmağa cəhd göstərən həkim kimi tibbi yenilikləri öyrənmək, onu praktik işdə tətbiq etmək   Zərəngül  xanıma həmişə uğur gətirib. Məhz bu uğurlar bu gün də müasir tibb müəssisələrindən biri sayılan, zəngin maddi texniki bazaya malik olan  DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalında polis əməkdaşlarının, onların ailə üzvlərinin, təqaüdçülərinin, mülki işçilərinin sağlamlığının qorunması isiqamətində görülən işlərə öz töhfəsini verməkdədir.
 

Hikmət Xudiyev (Cəmilzadə),
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru,
istefada olan polkovnik

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır