Modern.az

İrəvandakı Göy məsciddən ən son görüntülər - VİDEO

İrəvandakı Göy məsciddən ən son görüntülər - VİDEO

20 Fevral 2023, 16:22

AzTV qədim Azərbaycan şəhəri olan İrəvandan eksklüziv görüntülər yayımlayıb.

 

Modern.az xəbər verir ki, AzTV-nin sədri Rövşən Məmmədovun aparıcısı olduğu “Həftə” verilişində yayımlanan görüntülər məhz AzTV üçün çəkilib.

 

Süjetdə 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilmiş Göy məscidin ən son kadrları yer alıb. 

 

“Adı gələndə ürəyimiz titrəyən Qərbi Azərbaycandan gözümüz hər zaman bir video, şəkil, görüntü axtarır. AzTV olaraq çətinliklə olsa da, həmin görüntüləri əldə etmişik. Göründüyü kimi, tarixi tikililər istər forma, istərsə də naxışları, üslubu ilə bu torpaqların azərbaycanlılara məxsus olduğunu ortaya qoyur. 

 

Bu kadrlar hələ ki bizdə nisgil, həsrət yaradır. Əminik ki, bir çoxunuzun gözü yaşardı. Amma ruhdan düşmək olmaz. Qarabağımıza qayıtdığımız kimi, o torpaqlarımıza da qayıdacağıq”, - deyə R.Məmmədov qeyd edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı