Modern.az

Ramazanda ər-arvad münasibətləri: öpüşmək, qucaqlaşmaq, cinsi əlaqə - HALAL və HARAM

Ramazanda ər-arvad münasibətləri: öpüşmək, qucaqlaşmaq, cinsi əlaqə - HALAL və HARAM

Mədəni̇yyət

23 Mart 2023, 13:54

Bu gündən İslam aləminin bir parçası olan Azərbaycanda müqəddəs Ramazan ayı başlayıb.
 

Ramazan ayında oruc tutmaq müsəlmanın riayət etməli olduğu 10 vacib əməldən biridir. Dünya müsəlmanlarının əməl etdiyi bu mərasim min illərdir icra olunur.
 

Bu ayda insan iradəsini gücləndirib, nəfsini tərbiyə etmiş olur, öz dözümlülüyünü yoxlayır, əxlaqını pisliklərdən qoruyur. Oruc tutmaq təkcə qida qəbul etməmək, siqaret çəkməmək, spirtli içki içməməkdən ibarət deyil. Oruc tutan şəxs eyni zamanda pisliklərdən də çəkinməli, söyüş söyməməli, qeybət, dedi-qodudan uzaq olmalıdır.

Oruc tutan insanlar Ramazan ayının əvvəlindən axırına qədər (bu il 23 martdan 21 aprelə kimi) səhər yeməyini sübh namazından əvvəl, şam yeməyini isə axşam namazından sonra yeməlidirlər. Aradakı müddət ərzində onlar qidadan və sudan imtina edir, siqaret və içkidən nəfslərini qoruyurlar.

Ramazan ayının hökmlərindən bir də insanların cinsi istəyinə hakim ola bilmələrilə bağlıdır.

Ümumiyyətlə, Ramazan ayında cinsi əlaqə barədə məlumat oruc tutanların maraqlandığı mövzulardandır. 

Modern.az xəbər verir ki, İslamın müqəddəs kitabına – Qurana əsasən, Ramazan ayında cinsi əlaqə tamamilə qadağan edilməyib, ancaq oruc tutulan müddətdə ondan uzaq durmaq əsas şərtlərdən biridir.

Ramazanda oruc tutaraq cinsi əlaqəyə girmək orucu pozur. Yəni oruc tutan hər bir şəxs imsakdan iftara qədər (sübhdən axşama qədər) cinsi əlaqədə ola bilməz.

İftardan sonra isə imsak vaxtına qədər (gecə boyu sübhə qədər) ər-arvadın cinsi əlaqədə olmağı azaddır.

Quranın “Əl-Bəqərə” surəsinin 187-ci ayəsi məhz bu mövzuyla bağldır.

Həmin ayədə deyilir:

“Orucluq gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah öz nəfsinizə xəyanət edəcəyinizi bilib tövbələrinizi qəbul edərək, sizi bağışladı: artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin”.

Bu ayədə bildirilir ki, imsakdan iftara qədər (sühbdən axşama qədər) qadınlarınızla yaxınlıq etməyin, bunlar Allahın sərhədləridir, bunları aşmayın.

Öpmək və qucaqlamaya gəlincə, bunların orucu pozmadığına dair hədislər mövcuddur.

Cinsi əlaqə ilə orucu pozmağın cəzası da fərqlıidir. Bu halda orucun qəzası (təkrar) tutulmalı və ya kəffarəsi ödənilməlidir. Əgər hər hansı digər günahla orucu pozan şəxs bunun əvəzinə yalnız 1 gün oruc tutmalıdırsa, cinsi əlaqəyə görə orucunu pozan 60 gün qəza orucu tutmalıdır.

Bu günahı işləyənlərin hər ikisi həm tövbə etməli, həm kəffarə olaraq ya qul azad etməli, ya 60 gün ardıcıl oruc tutmalı, ya da 60 kasıbı bir dəfə  yedirtməlidir. Orucu pozanlar bunlardan birini seçməkdə ixtiyar sahibidir.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı