Modern.az

"İncə xətt üzərində" filmin təqdimatı olub - FOTOLAR

Mədəni̇yyət

7 Mart 2023, 10:56

Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "incə xətt üzərində" adlı layihə həyata keçirir.

 

Modern.az xəbər verir ki, layihə çərçivəsində "İncə xətt üzərində" sənədli film lentə alınıb.

 

Filmin qəhrəmanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin bölmə rəisi Leyla Əliyevadır. Filmin təqdimatı Bakı Konqress Mərkəzində təşkil olunmuşdur. Uğurlu bir komanda şəklində Rejissor Elçin Məmmədovun rəhbərliyi ilə 3 ay ərzində gərgin iş şəraitində işıq üzü görən film inanırəq ki, hamı tərədindən bəyəniləcək.

 

Bu film gənclər arasında xüsusi ilə də qızlarımızım arasında bu sənətə marağın artırılmasını nəzərdə tutur. Sənədli film Azərbaycan Respublikası Pedaqoji Kollecində təhsil alan gənclər üçün də nümayiş etdiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı