Modern.az

Hacı Şahinin yerinə təyinatla bağlı AÇIQLAMA

Hacı Şahinin yerinə təyinatla bağlı AÇIQLAMA

Mədəni̇yyət

10 Mart 2023, 17:44

Son iki gündə bəzi KİV-lərdə və sosial şəbəkələrdə Bakı şəhəri Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə din xadiminin təyin olunması barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən sözügedən məscidə rəsmi din xadimi təyin olunmayıb.

 

Bu barədə Modern.az-a Komitədən məlumat verilib.

 

"Xatırlatmaq istəyirik ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” normativ aktı mövcuddur. Bu Qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir. Sözügedən məscidə də rəsmi din xadiminin təyin olunması məhz bu Qayda əsasında həyata keçiriləcək" - rəsmi məlumatda deyilir.

 

Qeyd edək ki, Hacı Şahin 2001-ci ildən “Məşədi Dadaş” məscidinin imamı olub. Tanınmış ilahiyyatçı martın 2-də ürəktutmasından vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır