Modern.az

“Oskar” mükafatının qalibləri - SİYAHI

“Oskar” mükafatının qalibləri - SİYAHI

13 Mart 2023, 08:16

Amerika Kino Akademiyası Den Kvan və Deniel Şaynertin “Hər yerdə hər şey və dərhal” filmini ilin ən yaxşı filmi mükafatına layiq görüb.

 

Modern.az xəbər verir ki, "Oskar" mükafatlarının təqdimetmə mərasimi ABC telekanalında canlı yayımlanıb.

 

Paralel kainatlarda bir qadının şərlə mübarizəsindən bəhs edən film, həmçinin "Ən yaxşı rejissor", "Ən yaxşı orjinal senari", "Ən Yaxşı Montaj" nominasiyası üzrə "Oskar" qazanıb. Ke Hyui Kuana “Hər yerdə hər şey və dərhal” filmindəki roluna görə “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Oskar” mükafatı verilib.  Filmdə baş rolda oynayan Mişel Yeoh isə ən yaxşı aktrisa seçilib. 

 

Eyni zamanda Amerikalı Brendan Freyzer "Balina" (The Whale, 2022) filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında "Oskar" mükafatını qazanıb.

 

Kanadalı rejissor Daniel Roerin “Navalnı” filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb. “Ən yaxşı qısametrajlı bədii film” mükafatını isə Tom Berkli və Ross Uaytın “İrlandcasın sağollaşma” filmi qazanıb.

 

Digər nominasiyalar üzrə qaliblər aşağıdakı filmlər olub:

 

Ən yaxşı qısametrajlı sənədli film - "Fil pıçıltısı"

Ən Yaxşı Qısa Animasiya Filmi - Oğlan, Köstəbək, Tülkü və At.

Ən yaxşı montaj, Ən yaxşı xarici dildə film və Ən Yaxşı Orijinal Ssenari - "Qərb cəbhəsində dəyişiklik yoxdur"

Ən yaxşı vizual effektlər - "Avatar: Su yolu"

Ən yaxşı uyğunlaşdırılmış ssenari - "Qadın söhbətləri"

Ən yaxşı səs - "Top Gun: Maverick"

Ən yaxşı orijinal musiqi - Naatu Naatu ("RRR: The Revolution Roars Near")

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi