Modern.az

Türkiyəli aktyor vəfat etdi

Türkiyəli aktyor vəfat etdi

Mədəniyyət

27 Mart 2023, 09:22

Türkiyəli aktyor İsmayıl Köksal Engür vəfat edib.

 

Modern.az xəbər verir ki, o, 77 yaşında dünyasını dəyişib.

 

Köksal Engür 1946-cı ildə Qarsda anadan olub. O, karyerasına 10 yaşında TRT-nin Ankara Radiosunda başlayıb.

 

Hollivud ulduzları Robert de Niro, Al Paçino, Dastin Hoffman və Robin Uilyamsla yanaşı o, "Sesame Street" və "Red Kit" cizgi filmlərində baş rolları səsləndirib.

 

Aktyor "Leyla ile Mecnun" serialında "Ak Sakallı Dede" rolu ilə də izləyicilərin diqqətini çəkib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər