Modern.az

Zəvvarları daşıyan avtobus qəzaya düşdü - 20 ölü, 29 yaralı

Zəvvarları daşıyan avtobus qəzaya düşdü - 20 ölü, 29 yaralı

28 Mart 2023, 07:53

Səudiyyə Ərəbistanında Ümrə ziyarətinə gələn zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, Məkkəyə gedən avtobusun əyləcində baş verən nasazlıq nəticəsində avtomobil körpüyə çırpılaraq yanmağa başlayıb. Qəza nəticəsində 20 nəfər ölüb, 29 nəfər yaralanıb.


Hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürənlərin göndərildiyi, yaralıların ətraf xəstəxanalara aparıldığı bildirilib.


Yerli mənbələr qəzaya uğrayan avtobusda Yəməndən olan Ümrə ziyarətçilərinin olduğunu açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı