Modern.az

Prezident soruşdu ki, siz canlı Nəsimisiniz, heykəl necədir? - Xalq artisti

Prezident soruşdu ki, siz canlı Nəsimisiniz, heykəl necədir? - Xalq artisti

Mədəniyyət

3 Aprel 2023, 23:24

Xalq artisti Rasim Balayev Prezident İlham Əliyevlə bağlı maraqlı xatirəsini danışıb.

 

Modern.az xəbər verir ki, o, bu barədə “Ötən günlər” verilişində söz açıb.

 

Rasim Balayevin sözlərinə görə, maraqlı dialoq Şamaxıda Nəsiminin heykəlinin açılışı zamanı baş verib:

 

“Anar Rzayevin maşınında getmişdik. Hamı pencəkdə idi, mən də gödəkçədəyəm. Gödəkçəni çıxardım ki, görüm kimə verim? Gördüm ki, hamısı nazirdir, təzədən geyindim. Prezidentə yaxınlaşıb dedim ki, cənab Prezident, mən bir az xəstəyəm, məni bağışlayın. O da dedi ki, narahat olmayın. Cənab Prezident məndən soruşdu ki, Rasim müəllim, siz canlı Nəsimisiniz, heykəl necədir? Dedim ki, cənab Prezident yaxşıdır, amma kino da çəkilmir, yaxşı pul versələr, səhər gəlib axşama kimi duraram burada. Prezident bərkdən güldü, ətrafdakılar elə bildi ki, lətifə danışıram. Mən o sözlə ölkə başçısına çatdırdım ki, kino çəkilmir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər