Modern.az

Meladze barədə araşdırma: Ukrayna ordusunu maliyyələşdirib?

Meladze barədə araşdırma: Ukrayna ordusunu maliyyələşdirib?

Mədəniyyət

7 Aprel 2023, 14:40

Moskva prokurorluğu tanınmış müğənni Valeri Meladzenin Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməsini araşdıracaq.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, prokurorluğa müraciəti “Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihə” ictimai təşkilatının rəhbəri Vitali Borodin göndərib.

 

O xatırladıb ki, Meladze “xüsusi əməliyyatı” tənqid edib, həmçinin korporativ ziyafətdə “Ukrayna millətçilərinin "Slava Ukraina" şüarını" səsləndirib.

 

Daha əvvəl Borodin müğənni Diana Arbenina ilə bağlı Baş Prokurorluğa sorğu göndərmişdi. O, müğənnidən şikayətini belə əsaslandırmışdı: "Çünki o, Rusiya Federasiyasının Ukrayna ərazisində keçirdiyi “xüsusi hərbi əməliyyat”la bağlı dövlət orqanlarının, prezidentin qəbul etdiyi qərarları və siyasəti dəfələrlə tənqid edib”.

 

Xatırladaq ki, bundan öncə Meladzenin Novosibirsk, Barnaul və Kemerovoda konsertləri ləğv edilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər