Modern.az

Dünyanın ən bahalı rəssamı - 100 milyon dollar

Dünyanın ən bahalı rəssamı - 100 milyon dollar

Mədəniyyət

7 Aprel 2023, 22:34

Pablo Pikassonun ölümündən 50 il sonra onun incəsənət əsərlərinə hələ də böyük dəyər verilir. 

 

Modern.az xəbər verir ki, “Agence France-Presse”in hesablamalarına görə, ispan rəssamın 5 əsəri 100 milyon dollardan, 16-sı 50 milyon dollardan və 39-u 30 milyon dollardan yuxarı qiymətə satılıb.

 

Pikassonun ən iri hərrac nailiyyəti 1955-ci ildə çəkilmiş “Əlcəzairli qadınlar” (“O” seriyası) adlı rəsm olub.

 

Son 20 il ərzində Pikassonun digər iki əsəri - “Qəlyanlı oğlan” və “Çılpaq qadın, yaşıl yarpaqlar və büst” rəsmləri bir rəssamın hərracda satılan incəsənət əsərlərinin sayına görə rekord qazanıb. Orta hesabla hər il hərraclarda fırça ustasının 3 minə yaxın əsəri satılır.

 

Qeyd edək ki, kubizmin banisi sayılan Pablo Pikasso dünyada ən bahalı rəssamdır. O, həmçinin heykəltaraş, qrafik, dizayner, keramikaçı-rəssam və teatr tərtibatçısıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər