Modern.az

Prezident və xanımı Azərpaşa Nemətovla vida mərasiminə əklil göndərdi

Prezident və xanımı Azərpaşa Nemətovla vida mərasiminə əklil göndərdi

Mədəniyyət

10 Aprel 2023, 12:54

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətovun vida mərasiminə əklil göndərib.

 

Modern.az xəbər verir ki, hazırda mərhumla vida mərasimi Akademik Milli Dram Teatrında keçirilir. 

 

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media nümayəndələri də iştirak edirlər.

 

Vida mərasimindən sonra mərhumun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

 

Qeyd edək ki, Azərpaşa Nemətov aprelin 9-da 76 yaşında dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər