Modern.az

Hüquqdan mədəniyyətə... - 44 yaşlı nazirin DOSYESİ

Hüquqdan mədəniyyətə... - 44 yaşlı nazirin DOSYESİ

14 Aprel 2023, 13:00

Azərbaycanın mədəniyyət naziri postuna yeni təyinat olub.

Prezidentin sərəncamı ilə Adil Kərimli mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib. Digər sərəncamla o, mədəniyyət naziri təyin olunub.

Modern.az yeni nazirin tərcümeyi-halını təqdim edir.

44 yaşlı yeni nazir 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, 2001-ci ildə isə magistratura üzrə təhsilini başa vurub. Hüquq üzrə fəlsəfə doktorudur.

Adil Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edilməzdən əvvəl 2012-ci ildən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışıb.

O, “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.

Adil Kərimli, həmçinin Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə İşçi Qrupunun üzvü olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb. “Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub, 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi Qrupunun rəhbəri kimi çalışıb. Həmin dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsinin üzvü olub.

Yeni nazir ingilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. Hərbi-hüquqşünas ixtisaslaşması üzrə ehtiyatda olan zabitdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər