Türkiyənin Sultan Əhməd məscidinin açılış mərasimi olub.
Modern.az xəbər verir ki, məscidin açılışı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilib.
Qeyd edək ki, məscid 1609-1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən Memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa edilib.
***
15:44
Bu gün Türkiyənin İstanbul şəhərində yerləşən və 5 il 5 aydır təmirə bağlanan Sultan Əhməd məscidinin açılış mərasimi olacaq.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, məscidin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Qeyd edək ki, ibadət evi 2018-ci ildə təmirə bağlanmışdı.