Modern.az

Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək - SİYAHI

Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək - SİYAHI

Mədəniyyət

21 Aprel 2023, 17:50

Ramazan bayramının nə vaxt qeyd edilməsi ilə bağlı fikir ayrılığı yaranıb.

 

Modern.az xəbər verir ki, Şəvval ayının hilalını görə bilməyən bəzi ölkələr 21 aprelin Ramazan ayının son günü olduğunu bildirib.

 

Avstraliya, Sinqapur, İndoneziya, Malayziya, Bruney, Tayland, Yaponiya və Filippin aprelin 22-ni Fitr bayramının ilk günü elan ediblər. 

 

Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Fələstin və İraqda cümə günü bayramın ilk günü hesab edilir. İran, Oman, Mərakeş və Liviya rəsmiləri hilal görünmədiyi üçün 21 aprel cümə gününün Ramazan ayının son günü olduğunu açıqlayıblar.

 

Qafqaz Müsəlmanları İdarəsinin fətvasına görə, Azərbaycan Ramazan bayramını 21 apreldə qeyd edən ölkələr sırasındadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI