Modern.az

Xalq artisti İkinci Fəxri Xiyabanda dəfn ediləcək - YENİLƏNİB

Xalq artisti İkinci Fəxri Xiyabanda dəfn ediləcək - YENİLƏNİB

Mədəniyyət

29 Aprel 2023, 23:22

Xalq artisti Aftandil İsrafilovun dəfn yeri dəyişdirilib.

 

Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumata görə, o, II Fəxri xiyabanda dəfn ediləcək:

 

"Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov ilə 30 aprel tarixində saat 11:00-da Heydər Məscidində vida mərasimi keçiriləcək. Mərhum sabah saat 12:00-da II Fəxri xiyabanda dəfn olunacaq".

 

***

14:42

 

Aftandil İsrafilovun dəfn vaxtı dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Bildirilir ki, sabah saat 11:00-da Heydər Məscidində tanınmış qarmon ifaçısı ilə vida mərasimi olacaq. Daha sonra mərhum saat 12:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

 

***

14:29

Xalq artisti, "Şöhrət" ordenli qarmon ifaçısı Aftandil İsrafilov "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya sənətçinin yaxınları məlumat verib.

 

Qeyd olunub ki, dəfn bu gün saat 16:00 üçün nəzərdə tutulub.

 

Xatırladaq ki, uzun müddətdir, kəskin plevritdən əziyyət çəkən Aftandil İsrafilov bu gün vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu