Modern.az

Silvestr Stalone məşhur filmlə ekranlara qayıdır

Silvestr Stalone məşhur filmlə ekranlara qayıdır

Mədəni̇yyət

3 May 2023, 09:48

Məşhur amerikalı aktyor, "Oskar" mükafatçısı Silvestr Stalone “Qayaya dırmanan” (“Cliffhanger”) döyüş filminin növbəti hissəsində rol alacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri yazıb.

 

Bildirilir ki, 1993-cü ildə çıxan filmin davamı çəkilir və aktyor burada xilasedici alpinist Qeyb Uoker obrazında iştirak edəcək.

 

Rejissoru Rik Roman Vo olan filmin süjetinin detalları hələlik açıqlanmayıb. Hazırda yeni film üçün aktyorların seçilməsi prosesi davam edir.

 

Filmin ilk hissəsində Qeyb Uoker dağlarda ilişib qalan turistlərin köməyinə gəlir və sonra həmin turistlərin cinayətkar dəstə olduğu ortaya çıxır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU