Modern.az

Bu gün “Avroviziya”da ilk yarımfinaldır

Bu gün “Avroviziya”da ilk yarımfinaldır

9 May 2023, 11:00

Bu gün “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

 

Modern.az xəbər verir ki, yarış Liverpul şəhərində təşkil olunacaq.

 

Belə ki, bu gün 15 ölkə səhnəyə çıxacaq. Onlar arasında Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları da yer alacaq. Əkizlər 12-ci nömrə altında səhnəyə çıxacaqlar. 

 

Birinci yarımfinalda Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiya da mübarizə aparacaq.

 

Səsvermə mayın 9-da canlı konsert zamanı açıq olacaq.

 

Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin növbəti yarımfinal 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu