“Avroviziya” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi başa çatıb.
Modern.az xəbər verir ki, səsvermənin nəticəsinə əsasən, Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç finala yüksəlib.
Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları finala adlaya bilməyib.
Qeyd edək ki, növbəti yarımfinal mayın 11-i, final mərhələsi isə mayın 13-də keçiriləcək.
***
00:19
"Avroviziya” mahnı müsabiqəsində təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşları 12-ci nömrə altında çıxış ediblər.
Modern.az xəbər verir ki, onlar “Tell Me More” mahnısını ifa ediblər.
***
23:12
Böyük Britaniyanın Liverpul şəhərində “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi başlayıb.
Modern.az xəbər verir ki, bu gün 15 ölkənin təmsilçiləri səhnəyə çıxacaqlar.
Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları da bu çıxış edəcək. Əkiz qardaşlar 12-ci sırada ifa edəcək.
Birinci yarımfinalda Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiya da mübarizə aparacaq.
Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin növbəti yarımfinalı 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edir.