Modern.az

Xalq artistinin qəbirüstü abidəsinin eskizi geri qaytarılıb

Xalq artistinin qəbirüstü abidəsinin eskizi geri qaytarılıb

Mədəniyyət

11 May 2023, 23:28

Ötən il fevralın 25-də vəfat edən görkəmli muğam ustadı, Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi hələ də qoyulmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə sənətkarın qızı Rəqsanə Məmmədli APA-ya bildirib.

 

O qeyd edib ki, qəbirüstü abidənin təqdim edilən eskizi ilə razı olmayıblar. “Biz eskizi bəyənmədik. Onu hazırlayan adam indi ikinci eskiz üzərində işləyir”, - muğam ustadının qızı deyib.

 

Rəqsanə Məmmədli əvvəlki eskiz layihəsində müəyyən səhvlərin olduğunu diqqətə çatdırıb: “Atamın adını SSRİ Xalq artisti kimi yazmışdılar”.

 

O, yeni eskiz layihəsi üzərində işin nə zaman yekunlaşacağını bilmədiyini vurğulayıb: “Hazır olsun, təqdim etsinlər, yenə bir əskiklik olmasa, işə başlayacaqlar”.

 

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 2022-ci ilin 25 fevralında vəfat edib. O, ölkə mədəniyyətinə xidmətlərinə görə, “Şöhrət”, “İstiqlal” və “Şöhrət” ordenlərinə layiq görülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu