Modern.az

“Avroviziya”nın bütün finalçıları bəlli oldu

“Avroviziya”nın bütün finalçıları bəlli oldu

Mədəniyyət

12 May 2023, 08:21

"Avroviziya" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi başa çatıb.

 

Modern.az xəbər verir ki, bu mərhələdə daha 8 ölkə finala adlayıb.

 

Belə ki, Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan, Sloveniya müsabiqənin final mərhələsində yarışacaq.

 

Mayın 9-da keçirilən birinci yarımfinalda isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç finala yüksəlib.

 

Qeyd edək ki, Liverpulda keçirilən "Avroviziya 2023" müsabiqəsini final mərhələsi mayın 13-də baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu