Müğənni Nigar Camal Əməkdar artist Aygün Bəylərə Xalq artisti adının verilməsini təklif edib.
Modern.az xəbər verir ki, bu barədə o, "Instagram" hesabında yazıb.
"Aygün Bəylərə Xalq artisti adı verilməsinin vaxtıdır. O, həqiqətən də əvəzolunmaz istedadı ilə buna layiqdir. Onun performansı adamın ətini ürpədir, tükləri biz-biz edir. Səni sevirəm Aygün, sən birdənəsən", - Nigar Camal bildirib.
Qeyd edək ki, Aygün Bəylərə 2002-ci ildə Əməkdar artist adı verilib.