Fransanın Kann şəhərində 76-cı Film Festivalı başlayıb.
Modern.az xəbər verir ki, Qızıl Palma budağı uğrunda 21 film mübarizə aparacaq.
Festivalın açılış filmi Conni Deppin rol aldığı tarixi dram filmi olacaq. Tədbirin başlamasından öncə festivalın qonaqları ənənəvi olaraq qırmızı xalça üzərindən keçiblər.
Qeyd edək ki, festival mayın 27-dək davam edəcək.