Modern.az

Aktyor film çəkilişi zamanı öldü

Aktyor film çəkilişi zamanı öldü

Mədəniyyət

22 May 2023, 22:08

Britaniyalı aktyor Rey Stivenson İtaliyanın İskia adasında çəkiliş zamanı dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə "la Repubblica" qəzeti məlumat yayıb.

 

Aktyor 58 yaşında vəfat edib. Qəzetin yazdığına görə, o, mayın 20-də səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılıb, sonradan vəziyyəti pisləşib.

 

Digər təfərrüatlar açıqlanmayıb.

 

Rey Stivensonun aktyorluq karyerası 1990-cı illərdə başlayıb. O, "Roma" (2005-2007) tarixi televiziya serialında, "Kral Artur" (2004), "Cəzalandırıcı: Müharibə ərazisi" (2008), "Thor" filmlərindəki rolları ilə tanınır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu