Modern.az

Azıx mağarasında tədqiqat aparılacaq - İşçi Qrupu yaradıldı

Azıx mağarasında tədqiqat aparılacaq - İşçi Qrupu yaradıldı

23 May 2023, 15:56

"Azıx mağarasında tədqiqat işlərinin aparılması üçün işçi qrup yaradılıb".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademisyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

 

O bildirib ki, ekspedisiyanın tərkibi hazırdır və beynəlxalq ekspertlərlə danışıqlar aparılıb.

 

"Müvafiq tapşırıq veriləndən sonra 15 gün müddətində ekspedisiya qrupu bir araya gələcək və Azıx mağarasında tədqiqatların aparılmasına başlanılacaq. Azıx mağarasından sadəcə nümunələr götürüləcək və onlar analiz ediləcək. Oradakı 10 təbəqənin yaşını müasir dövrün çağırışlarına uyğun şəkildə təqdim etmək lazımdır. Ona görə də ekspedisiya ora gedən zaman arxeoloji qazıntı aparmayacaq. Bundan başqa Tağlar mağarasında da tədqiqatlar aparılacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir