Modern.az

“Netflix” istifadəçilərinə pis xəbər - Ayda 7.99 dollar...

“Netflix” istifadəçilərinə pis xəbər - Ayda 7.99 dollar...

24 May 2023, 17:16

“Netflix” film platforması hesab şifrələrinin pulsuz paylaşılmasını qadağan edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Variety" nəşri yazıb.

 

Bildirilir ki, hesab şifrələrini digərləri ilə paylaşanlar bu xidmət üçün ayda  7,99 dollar ödəməli olacaq.

 

Platforma artıq ABŞ-da qeyri-qanuni hesab paylaşımına qarşı mübarizə aparmağa başlayıb. Abunəçilərə ünvanlanan məktubda qeyd edilib ki, “Netflix” hesabınız sizin və birlikdə yaşadığınız insanlar üçündür.

 

Qaydalara riayət etməyən cihazlar müəyyən müddətdən sonra bloklanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...